Operativ Məlumat Mərkəzi

Gürcüstan Azərbaycana 12 916 ədəd avtomobil ixrac edib

1 dəq
Paylaş:
Gürcüstan Azərbaycana 12 916 ədəd avtomobil ixrac edib
bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında qeyd olunub. Bildirilib ki, 2022-ci illə müqayisədə...

Gürcüstan 2023-cü ilin yanvar-may ayları ərzində Azərbaycana 189,18 milyon ABŞ dolları dəyərində 12 916 ədəd avtomobil ixrac edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə Gürcüstan Milli Statistika İdarəsinin ilkin hesablamalara əsasən təqdim etdiyi hesabatında qeyd olunub. Bildirilib ki, 2022-ci illə müqayisədə Azərbaycana ixrac edilən avtomobillərin dəyəri bu il 92,55 milyon dollar və ya 95,7%, sayı isə 1 239 ədəd və ya 10,6% çoxdur.

2022-ci ilin ilk beş ayı ərzində Gürcüstan Azərbaycana 96,63 mln. dollar dəyərində 11 677 ədəd avtomobil ixrac edib.

Cari il Gürcüstan ümumilikdə 1 mlrd. 15 mln. dollar dəyərində avtomobil ixrac edilib ki, bu da illik ifadədə 85,4% çoxdur. Bu il Gürcüstanın avtomobil ixracında Azərbaycanın payı təxminən 18% olub. Avtomobil ixracı Gürcüstanın ümumi ixracının 17,3%-ni təşkil edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər