Gürcüstan millisinin hücumçusu Georgi Kvernadze Almaniyanın “Borussiya” klubuna keçə bilər.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə isinadən xəbər verir ki, Dortmund təmsilçisi hazırda “Frozinone”də çıxış edən futbolçunun xidmətində maraqlıdır.
Kvernadzenin göstəriciləri
23 yaşlı hücumçunun transfer qiyməti “Transfermarkt” portalında 8 milyon avro göstərilir. Onun İtaliya klubu ilə müqaviləsi 2028-ci ilin iyununun sonuna qədər qüvvədədir.
Kvernadze cari mövsümdə İtaliya A Seriyasında 5 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə edib.
Digər klubların marağı
Gürcü futbolçu ilə daha əvvəl “Roma” və “Napoli”nin də maraqlandığı barədə məlumat yayılmışdı.