Əsas məzmuna keç

Gürcü dayanmır

Gürcü dayanmır

“Napoli” İtaliya A Seriyasının 23-cü turunda “Sassuolo” ilə qarşılaşıb (2:0). Bu matç Neapol təmsilçisinin gürcü yarımmüdafiəçisi Xviça Kvaratsxeliya üçün...

“Napoli” İtaliya A Seriyasının 23-cü turunda “Sassuolo” ilə qarşılaşıb (2:0).

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu Neapol təmsilçisinin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya üçün olub.

O, “Napoli”nin heyətində ardıcıl 5-ci görüşdə fərqlənməyi bacarıb. Bu matçlarda Kvaratsxeliya 4 qol vurub və 4 ötürmə ilə yadda qalıb.

Öncədən oyunçu 2022-ci il oktyabrın 1-dən 16-dək olan müddətdə eyni seriyanı sərgiləmişdi.

Kvaratsxeliya cari mövsümdə “Napoli”nin heyətində bütün turnirlər daxil olmaqla 24 oyuna çıxıb, 12 qol vurub və 14 məhsuldar ötürmə edib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

İqtisadiyyat üzrə jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…