FIFA referisi Kamal Umudlu UEFA Gənclər Liqasının Liqa mərhələsində keçiriləcək "Roma" (İtaliya) – "Real" (İspaniya) oyununun baş hakimi olacaq.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, ona Namiq Hüseynov və Vüsal Məmmədov kömək edəcəklər.
Dördüncü hakim funksiyasını italiyalı Davide Di Marko yerinə yetirəcək.
Qeyd edək ki, görüş oktyabrın 14-də, Bakı vaxtı ilə saat 16:00-da Romadakı "Stadio Tre Fontane"də start götürəcək.