Əsas məzmuna keç

"Roma" Doniell Malenin transfer hüququnu tam olaraq alır

"Roma" Doniell Malenin transfer hüququnu tam olaraq alır

İtaliya klubu icarə əsasında çıxış edən niderlandlı hücumçunun müqaviləsini vaxtından əvvəl birdəfəlik almaq qərarına gəlib.

en ru

İtaliyanın "" klubu niderlandlı hücumçu Doniell Malenin hüquqlarını İngiltərənin "" klubundan tam olaraq almaq qərarına gəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, paytaxt təmsilçisi bu keçid üçün 25 milyon avro ödəyəcək.

Qeyd edək ki, futbolçu yanvar ayından etibarən Roma təmsilçisində əsasında çıxış edir və bu icarə müqaviləsi kluba 2 milyon avroya başa gəlib.

Müqavilənin şərtlərinə görə, əgər oyunçu matçların ən azı 50 faizində iştirak edərdisə və "Roma" Çempionlar Liqası və ya Avropa Liqasına vəsiqə qazanardısa, klub onu mütləq almalı idi.

Lakin İtaliya komandası yayı gözləmədən qərarını vaxtından əvvəl verib.

Buna səbəb hücumçunun sarı-qırmızı formada cəmi iki ay yarım ərzində 10 qol vurmasıdır. Malenlə 2030-cu ilə qədər fərdi müqavilə imzalanacağı gözlənilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…