“Günay Bank”ın lisenziyası ləğv edilib

“Günay Bank”ın lisenziyası ləğv edilib
17.05.2023 10:27
Aa
dəq

Azərbaycan Mərkəzi Bankı (AMB) "Günay Bank" ASC-nin lisenziyasını ləğv edib.

"Operativ Məlumat Mərkəzi-OMM" bu barədə AMB-yə istinadən xəbər verir.

Məlumata görə, buna səbəb Bankın məcmu kapitalının müəyyən edilmiş tələbdən - 50 milyon manatdan, məcmu kapitalının adekvatlıq əmsalının isə 3 %-dən az olması, cari fəaliyyətinin etibarlı və prudensial qaydada həyata keçirilməməsidir.

Odur ki, "Banklar haqqında" qanuna əsasən, “Günay Bank”ın lisenziyası ləğv edilib, Bankın müflisləşmə yolu ilə ləğv edilməsi barədə məhkəməyə müraciət olunub, eləcə də kredit təşkilatına müvəqqəti inzibatçı təyin olunaraq onun idarә olunması üzrә bütün sәlahiyyәtlәr, o cümlәdәn bank sәhmdarlarının ümumi yığıncağının sәlahiyyәtlәri müvәqqәti inzibatçıya verilib.

“Günay Bank”ın ölkənin bank sektorunun aktivlərində xüsusi çəkisi 0,6 %, kredit portfelində 1 %, öhdəliklərində isə 0,5 % təşkil edir. Bankın lisenziyasının ləğv edilməsi sektorunun maliyyə dayanıqlığına və maliyyə sabitliyinə heç bir təhdid yaratmır.

“Günay Bank” Azərbaycan Əmanətlərin Sığortalanması Fondunun üzvüdür, əhalinin bu bankdakı sığortalanmış əmanətləri üzrə kompensasiyala qanunvericiliyə uyğun qaydada ödəniləcək. Bankın Fonda təqdim etdiyi hesabatlara əsasən, 2023-cü ilin I rübünün sonuna sığortalanmış (kompensasiya olunan) əmanətlər 38,5 milyon manat təşkil edir. Bankın əmanətçilərinin say etibarı ilə 99,9 %-nin əmanətləri kompensasiya olunacaq.

Bankın digər öhdəliklərini isə məhkəmənin təyin edəcəyi ləğvedici qanunvericiliyə müvafiq qaydada tənzimləyəcək.

Həftənin ən çox oxunanları

Azərbaycanda auditin inkişafına mane olan amillər açıqlanıb

Azərbaycanda auditin inkişafına mane olan amillər açıqlanıb
DAVAMIN OXU davamın oxu

Bu həftə qərar veriləcək - MANAT...

Bu həftə qərar veriləcək - MANAT...
DAVAMIN OXU davamın oxu

Sumqayıt-Yalama dəmir yolu bərpa ediləcək

Sumqayıt-Yalama dəmir yolu bərpa ediləcək
DAVAMIN OXU davamın oxu

Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edəcək

Hesablama Palatası Dənizkənarı Bulvar İdarəsi ilə bağlı Baş Prokurorluğa müraciət edəcək
DAVAMIN OXU davamın oxu

ARDNF Çində bır sıra görüşlər keçirib

ARDNF Çində bır sıra görüşlər keçirib
DAVAMIN OXU davamın oxu