Milli kamandalara yeni baş məşqçilər təyin olunub

Milli kamandalara yeni baş məşqçilər təyin olunub
15.03.2023 16:14
Aa
dəq

Azərbaycan Güləş Federasiyasının ofisində iclas keçirilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Namiq Abdullayev Azərbaycan Güləş Federasiyasının İcraiyyə Komitəsinin üzvü kimi iş yükünün artması, regionlarda güləşin inkişafı üçün layihələrin həyata keçirilməsi və ümumilikdə Azərbaycanda sərbəst güləşin tərəqqisi istiqamətində əlaqələndirici funksiyanın yerinə yetirilməsi ilə bağlı olaraq baş məşqçi vəzifəsindən ayrılıb. Bu vəzifəyə yığma komandanın sabiq üzvü Xetaq Qazyumov təyin edilib.

AGF rəhbərliyi 2020-ci ilin sentyabr ayından baş məşqçi vəzifəsini yerinə yetirən Namiq Abdullayevə xidmətlərinə və qazanılan uğurlara görə təşəkkürünü bildirir və ona İcraiyyə Komitəsində sərbəst güləşə cavabdeh şəxs kimi fəaliyyətində uğurlar arzulayır.

Qadın güləşi üzrə milli komandanın da baş məşqçi vəzifəsində dəyişiklik edilib.

Bu gün Azərbaycan Güləş Federasiyasının (AGF) vitse-prezidenti Namiq Əliyev tərəfindən daha öncə sərbəst və qadın güləşi üzrə yığma komandalarımızı çalışdırmış Semyon Çterev baş məşqçi kimi kollektivə təqdim edilib.

AGF rəhbərliyi 2021-ci ilin oktyabr ayından baş məşqçi səlahiyyətlərini icra edən Rövşən Umudova xidmətlərinə və bu vəzifədə qazandığı uğurlara görə təşəkkürünü bildirib. Qeyd edək ki, AGF-nin mütəxəssislə əməkdaşlığı bundan sonra da davam edəcək.

Həftənin ən çox oxunanları

Mikayıl Cabbarov Prezident İlham Əliyevin təbriklərini güləşçilərə çatdırıb

Mikayıl Cabbarov Prezident İlham Əliyevin təbriklərini güləşçilərə çatdırıb
DAVAMIN OXU davamın oxu

Azərbaycan yığması Avropa çempionu olub

Azərbaycan yığması Avropa çempionu olub
DAVAMIN OXU davamın oxu

Hacı Əliyev dördqat Avropa çempionu olub

Hacı Əliyev dördqat Avropa çempionu olub
DAVAMIN OXU davamın oxu

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb

Dünya çempionatında Azərbaycanı təmsil edəcək cüdoçular açıqlanıb
DAVAMIN OXU davamın oxu

ABŞ bokusçusundan Putinə çağırış

ABŞ bokusçusundan Putinə çağırış
DAVAMIN OXU davamın oxu