“BAEA rəhbəri İran–ABŞ danışıqlarının növbəti mərhələsində iştirak edəcək”.
“Operativ Məlumat Mərkəzi-OMM” xəbər verir ki, bu barədə İranın ISNA agentliyi məlumat yayıb.
Məlumata görə, Beynəlxalq Atom Enerjisi Agentliyinin (BAEA) baş direktoru Rafael Qrossi fevralın 26-da Cenevrədə keçiriləcək İran–ABŞ danışıqlarının növbəti mərhələsində iştirak edəcək.
Diplomatik mənbə bildirib ki, Rafael Qrossi ötən həftənin çərşənbə axşamı günü Cenevrədə baş tutan əvvəlki raundda olduğu kimi, bu danışıqlarda da iştirak edəcək.
ISNA-nın məlumatına görə, İran və ABŞ nümayəndə heyətləri arasında nüvə məsələləri üzrə danışıqların üçüncü mərhələsi Omanın xarici işlər naziri Badr al-Busaidinin vasitəçiliyi ilə Cenevrədəki Oman səfirliyində keçiriləcək.
Fevralın 22-də İranın xarici işlər naziri Abbas Əraqçi CBS News kanalına açıqlamasında fevralın 26-da Cenevrədə ABŞ prezidentinin elçisi Stiven Vitkoff ilə görüşə biləcəyini bildirib. Bədr əl-Busaidi isə daha sonra danışıqların Cenevrədə keçiriləcəyini təsdiqləyib.