Əsas məzmuna keç

ABŞ ordusu İran ətrafında cəmləşdi: Trampın əmrini gözləyən genişmiqyaslı hazırlıq

ABŞ ordusu İran ətrafında cəmləşdi: Trampın əmrini gözləyən genişmiqyaslı hazırlıq

Pentaqonun keçmiş rəsmisi ABŞ-nin İranın nüvə obyektlərinə qarşı həm müdafiə, həm də hücum xarakterli genişmiqyaslı əməliyyatlara hazır olduğunu bəyan edib.

en ru

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

ABŞ-nin Yaxın Şərqdəki hərbi mövcudluğunu nəzərəçarpacaq dərəcədə artırdığı və İrana qarşı mümkün hərbi əməliyyatlara tam hazır vəziyyətə gətirildiyi iddia edilir.

"Operativ Məlumat Mərkəzi-OMM" “Fox News" telekanalına istinadən xəbər verir ki, Pentaqonun keçmiş rəsmisi Dana Stroul ordusunun Trampın verəcəyi təlimat əsasında uzunmüddətli və yüksək intensivlikli hərbi hərəkat keçirmək potensialına malik olduğunu vurğulayıb.

Stroul qeyd edib ki, ABŞ qüvvələri eyni zamanda bölgədəki müttəfiqlərini İrandan gələ biləcək raket təhdidlərinə qarşı qorumağa tam hazırdır.

Onun sözlərinə görə, hazırkı hərbi hazırlıq əvvəlki əməliyyatlarla müqayisədə daha əhatəli və strateji xarakter daşıyır.

Xüsusilə hərbi dəniz qüvvələrinin hərəkətliliyi diqqət çəkir. "USS Gerald R. Ford" təyyarədaşıyan gəmisi Cəbəllütariq boğazını keçərək şərqə doğru irəliləyir. "USS Abraham Lincoln" gəmisi isə hazırda Oman dənizində xidmətini davam etdirir.

Hər iki gəminin ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) məsuliyyət zonasında yerləşdirilməsi planlaşdırılır. Stroul bildirib ki, bu gəmilərdən biri Şərqi Aralıq dənizində, digəri isə Bəsrə körfəzində mövqe tuta bilər.

Hərbi gərginliyin artmasına baxmayaraq, diplomatik kanalların da açıq qaldığı bildirilir. Vaşinqton və Tehran arasında proqramı ilə bağlı dolayı danışıqların fevralın 26-da Omanın vasitəçiliyi ilə bərpa olunacağı gözlənilir. Ekspertin fikrincə, İran bir tərəfdən hərbi güc nümayiş etdirərək çəkindirmə siyasəti yürüdür, digər tərəfdən isə danışıqlar vasitəsilə gərginliyi idarə etməyə çalışır.

Sonda Dana Stroul vurğulayıb ki, ABŞ ordusunun hazırlıq baxımından heç bir çatışmazlığı yoxdur və mümkün əməliyyatın başlanması texniki deyil, tamamilə siyasi qərardan asılıdır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…