"Google"un xəbər məzmunu istehsal edə bilən “Genesis” adlı yeni süni intellekt texnologiyasını sınaqdan keçirib.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, jurnalistlərə kömək etmək üçün inkişaf etdirilən süni intellekt texnologiyası ABŞ-nin aparıcı qəzetlərindən olan The New York Times, The Washington Post və The Wall Street Journal-ın sahibi olan News Corp-un rəhbərlərinə təqdim edilib.
Bildirilib ki, "Google"un “Genesis” adlandırdığı texnologiya ona verilən istənilən məlumatdan, o cümlədən cari hadisələrdən xəbər mətnləri hazırlaya bilir.
Google hesab edir ki, jurnalistlərə “şəxsi köməkçi” kimi xidmət etmək üçün nəzərdə tutulmuş bu texnologiya jurnalistlərin vaxtına qənaət edəcək.