"Google" axtarış sistemi istifadəçilərə müxtəlif mənbələrdən məlumatları tez tapmağa və internetdə tapdıqları məlumatları qiymətləndirməyə kömək etmək üçün "Google"a yeni funksiyalar gətirir.
"Operativ Məlumat Mərkəzi-OMM" bu yeni funksiyaları təqdim edir.
1. "Google" axtarış edən zaman əksər nəticələrin yanında üç nöqtə görəcəksiniz. Bu üç nöqtəyə toxunmaqla və ya üzərinə klikləməklə, gördüyünüz məlumatın haradan gəldiyini və "Google" sistemlərinin bu məlumatı sorğunuz üçün nə üçün faydalı hesab etdiyini öyrənəcəksiniz. Bu yolla siz ziyarət etmək istəyə biləcəyiniz saytlar və hansı nəticələrin sizin üçün ən faydalı olacağı barədə daha məlumatlı qərar verəcəksiniz.
2. Əsas Hekayələr bölməsinin bir az altında görünəcək Perspektivlər, axtardığınız mövzu ilə bağlı müxtəlif jurnalistlər, ekspertlər və digərlərinin məzmununu nümayiş etdirəcək. Bu funksiya sizə xəbərlərdə müxtəlif diqqətəlayiq yeni səslər təqdim edəcək və anlayışınızı genişləndirməyə kömək edəcək. Bu funksiya tezliklə ABŞ-da və hələlik yalnız ingilis dilində əlçatan olacaq.
3. "Google"un tezliklə işə salacağı digər axtarış funksiyası "Bu Müəllif haqqında" olacaq. Məzmunun mənbəyini daha yaxşı anlamaq məqsədi daşıyan bu xüsusiyyət insanlara oxuduqları məzmunun müəllifləri haqqında daha çox məlumat əldə etməyə və yeni səslər və perspektivlər ortaya çıxararkən onlara etibar edib-etməyəcəyi barədə fikir sahibi olmağa imkan verəcək. İndi istifadəçilər Google axtarış nəticələrində ardıcıl üç nöqtəyə toxunduqda “Bu müəllif haqqında”a çata biləcəklər. Bu funksiya hələlik bütün dünyada, ancaq ingilis dilində axtarış nəticələrində əlçatan olacaq.
4. "Google"da "Bu səhifə haqqında"a daha asan daxil olmaq üçün axtarış nəticələrinin yanındakı üç nöqtəyə klikləyin. Beləliklə, müəyyən bir səhifənin mənbəyi və mövzusu haqqında daha çox məlumat əldə edə biləcəksiniz. Məsələn, tropik meşələri qoruyan bir təşkilat axtarırsınız. Bu gündən etibarən təşkilatın URL-ni "Google"a yazsanız, axtarışın yuxarı hissəsində "Bu Səhifə Haqqında" görünəcək. Veb saytın özünü necə təsvir etdiyini, internetdəki digər insanların bu barədə nə düşündüyünü və bu sayt haqqında ən son xəbərləri tez bir zamanda görə biləcəksiniz. Bununla, yuxarıda qeyd olunan veb saytına daxil olmaq istəyib-istəmədiyinizi qiymətləndirə biləcəksiniz. Bu funksiya hazırda bütün dünyada ingilis dilində mövcuddur.
5. Bəzən axtarışda göstərmək üçün çox məlumat olmur və ya nəticələr tez dəyişir. Bu məlumat çatışmazlığını aradan qaldırmaq üçün mövzu sürətlə inkişaf edən zaman "Google" avtomatik olaraq məzmun tövsiyələrini göstərir. Oxşar tövsiyələr bu yaxınlarda təqdim edildi və "Google" sistemlərinin mövcud nəticələrin ümumi keyfiyyətinə yüksək inamı olmadığı zaman işə salındı. İndi yaxın aylarda bu cür vəziyyətlərlə bağlı məsləhətlər alman, fransız, italyan, ispan və yapon dillərində görünəcək.
Aygün İsmayılova