Dələduzluqda şübhəli bilinərək saxlanılan general-mayor Natiq Əliyevin mediator qızı Türkər Əliyeva artıq Sumqayıt Şəhər Məhkəməsinə gətirilib.
"Operativ Məlumat Mərkəzi-OMM" "Unikal"a istinadən xəbər verir ki, məhkəmə binasında Türkər Əliyevanın səhhətində qəfil problem yaranıb və halı pisləşdiyindən əraziyə təcili tibbi yardım briqadası çağırılıb.
Yaxın dəqiqələrdə onun barəsində qətimkan tədbirinin seçilməsi üçün hakim qarşısına çıxarılması gözlənilir.
Xatırladaq ki, Müdafiə Nazirliyi Tibb Xidmətinin sabiq rəisi, general-mayor Natiq Əliyevin qızı olan Türkər Əliyeva Sumqayıt Şəhər Prokurorluğunda başlanmış cinayət işi üzrə təqsirləndirilən şəxs qismində istintaqa cəlb edilib.
Ona qarşı Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda ziyan vurmaqla törədildikdə) maddəsi ilə rəsmi ittiham irəli sürülüb.