Əsas məzmuna keç

Gəncədə 1,6 milyonluq heroin tapıldı

Gəncədə 1,6 milyonluq heroin tapıldı

DİN-in Gəncə əməliyyatı: Narkokuryer Ədil Ədilov 27 kq maddə ilə yaxalandı. İran vətəndaşı ilə əlaqəli bu qara bazar dövriyyəsinin şok təfərrüatları xəbərimizdə.

ru en

Gəncə Şəhər Baş Polis İdarəsi tərəfindən keçirilən xüsusi nəticəsində irimiqyaslı narkotiklərin qanunsuz dövriyyəsinin qarşısı alınıb.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM”Daxili İşlər Nazirliyindən məlumat verilib.

Tədbir zamanı narkokuryerlikdə şübhəli bilinən 33 yaşlı Ədil saxlanılıb. Onun əlindəki idman çantasından yüksək təsiredici xassəyə malik 27 kiloqram 475 qram aşkarlanaraq maddi sübut kimi götürülüb.

Saxlanılan şəxs ifadəsində bildirib ki, narkotik vasitələri sosial şəbəkədə tanış olduğu, şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşı vasitəsilə əldə edib. O, həmin maddələri şəhər ərazisində müxtəlif ünvanlara çatdırmağı planlaşdırıb.

Rəsmi məlumata görə, Ə. Ədilovdan aşkar olunan heroinin "qara bazar"da dəyəri 1 milyon 600 məbləğində qiymətləndirilir.

Faktla bağlı Gəncə Şəhər Baş Polis İdarəsində başlanılıb. Məhkəmənin qərarı ilə Ə. Ədilov barəsində həbs qətimkan tədbiri seçilib və hazırda əməliyyat-istintaq tədbirləri davam etdirilir.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…