Əsas məzmuna keç

G7 Rusiya aktivlərinin istifadəsini müzakirə edəcək

G7 Rusiya aktivlərinin istifadəsini müzakirə edəcək

G7 ölkələri oktyabrın 1-də dondurulmuş Rusiya aktivlərinin istifadəsini müzakirə edəcək. Bu barədə “Corriere della Sera” qəzeti məlumat yayıb . Sentyabrın...

G7 ölkələri oktyabrın 1-də dondurulmuş aktivlərinin istifadəsini müzakirə edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “ della Sera” qəzeti məlumat yayıb .

Sentyabrın 10-da Avropa Komissiyasının sədri Ursula fon der Leyen bəyan edib ki, AK Rusiyanın Qərbdəki dondurulmuş aktivlərini müsadirə etmək niyyətində deyil, onlardan Ukraynaya kreditlər vermək üçün istifadə edəcək.

Rusiyanın Avropada dondurulmuş aktivlərinin əksəriyyəti (200 milyard avrodan bir qədər çox) Belçikadakı "Euroclear" platformasında bloklanıb.

Depozitari dəfələrlə aktivlərin özgəninkiləşdirilməsinə qarşı çıxıb və xəbərdarlıq edib ki, bu, Rusiyanın dünyanın başqa yerlərində Avropa və ya Belçika aktivlərini qanuni tədbirlərlə ələ keçirməsinə gətirib çıxara bilər.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…