Yaponiyada fəal Fuci (Fuji-san) vulkanı püskürərsə, insanların nəqliyyat vasitələri ilə deyil, piyada təxliyəsi üçün çağırış olacaq.
"Operativ Məlumat Mərkəzi-OMM" xarici mediaya istinadən xəbər verir ki, Mərkəzi hökumətin və ətraf 3 əyalətin rəsmilərinin daxil olduğu Fəlakətlərin İdarə Olunması Şurası Fuji-sanda partlayış baş verəcəyi təqdirdə ətraf ərazilərin təxliyə planını yeniləyib.
Son 9 ildə ilk dəfə yenilənən plana görə, ola biləcək partlayış zamanı insanlardan əvvəlki plandan fərqli olaraq, nəqliyyat vasitələri əvəzinə ərazini piyada tərk etmələri istəniləcək.
Bu istiqamətdə lavanın ilk 24 saat ərzində çatacağı gözlənilən bölgələrdə yaşayan insanlar tıxacların qarşısını almaq üçün bölgəni piyada tərk edəcəklər.