Əsas məzmuna keç

Semeru vulkanı püskürdü: İndoneziyada ardıcıl partlayışlar

Semeru vulkanı püskürdü: İndoneziyada ardıcıl partlayışlar

Şərqi Yava əyalətindəki nəhəng zirvə aktivləşib. Kül buludları 1000 metrə yüksəlib, sakinlər və turistlər üçün 5 km-lik təhlükəsizlik zonası elan edilib. Son vəziyyət:

en ru

İndoneziyanın Şərqi əyalətində vulkanında ən azı dörd püskürmə baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə "Antara" agentliyi vulkanik müşahidə məntəqəsinin məlumatlarına istinadən bildirib.

Məlumata görə, püskürmə zamanı yaranan kül sütunu kraterdən 1000 metr yüksələrək dəniz səviyyəsindən 4676 metr hündürlüyə çatıb.

Hakimiyyət orqanları yerli sakinlərə və turistlərə təhlükəsizlik məqsədilə kraterdən ən azı 5 kilometr uzaq məsafədə qalmağı tövsiyə edib. Bu xəbərdarlıq püskürmə zamanı isti qaya parçalarının ətrafa yayılması riski ilə əlaqələndirilir.

Qeyd edək ki, püskürmələr zamanı vulkandan əsasən şimal-şərq istiqamətində ağ və boz kül buludları yayılıb.

Bildirilir ki, Semeru İndoneziyanın ən böyük vulkanlarından biri olmaqla yanaşı, Yava adasının ən yüksək zirvəsi hesab olunur və hündürlüyü 3676 çatır.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…