Əsas məzmuna keç

Fransanın ən böyük bankı çirkli pulların yuyulmasında iştirak edib

Fransanın ən böyük bankı çirkli pulların yuyulmasında iştirak edib

Fransada ölkənin ən böyük bankı olan “BNP Paribas”, “BNP Paribas Securities Services” və Kiprdə qeydiyyatdan keçmiş “TCR International Limited” broker...

Hazırlanır…

Xülasəni süni intellekt bu xəbərin öz mətnindən yazıb.

İndi alınmadı. Bir az sonra yenə yoxlayın.

Fransada ölkənin ən böyük bankı olan “BNP Paribas”, “BNP Paribas Securities Services” və Kiprdə qeydiyyatdan keçmiş “TCR International Limited” broker şirkətinin filialına qarşı ağırlaşdırıcı hallarda çirkli pulların yuyulması ilə bağlı ilkin istintaq başladılıb.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bu barədə Fransanın “Monde” qəzeti prokurorluğuna istinadən xəbər verir.

Hüquq-mühafizə orqanları 2019-cu ildən 2021-ci ilə qədər “TCR International Limited” vasitəsilə həyata keçirilən bir neçə maliyyə əməliyyatından şübhələniblər.

Həmin vaxt broker şirkəti müştəriləri adından “BNP Paribas Securities Services” şirkətinin köməyi ilə investisiya əməliyyatları həyata keçirib.

Prokurorluğun məlumatına görə, “TCR International Limited” şirkətinin Fransadakı hesablarından 220 milyon avrodan çox şübhəli mənşəli vəsait keçib. Eyni zamanda, və vətəndaşları bəzi şübhəli əməliyyatlarda iştirak ediblər.

“2019 və 2021-ci illər arasında bankın Fransadakı nağd hesabları vasitəsilə potensial şübhəli mənşəli vəsaitlərə uyğun gələn və ya aydın iqtisadi məntiqə malik olmayan bir neçə yüz milyon avro və dollar dövriyyədə olub”, - Paris prokurorluğu bildirib.

Nəşr qeyd edib ki, “TCR İnternational” Fransa hüquq-mühafizə orqanlarının diqqətini Amerika hakimiyyət orqanlarının “Vaqner” xüsusi hərbi təşkilatının və onun təsisçisi Yevgeni Priqojin tərəfindən istifadə oluna biləcək maliyyə şəbəkələri ilə bağlı araşdırmasında qeyd edildikdən sonra cəlb edib.

Paris prokurorluğu Ədliyyə Nazirliyinin bununla bağlı Fransaya hüquqi yardım üçün sorğu göndərdiyini təsdiqləyib. Lakin Fransa hakimiyyətinin apardığı araşdırma hələlik Priqojin və onun strukturu ilə hər hansı əlaqəni aşkar etməyib.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…