Əsas məzmuna keç

Fransalı qapıçı Azərbaycanda oynamağa razılıq verib

Fransalı qapıçı Azərbaycanda oynamağa razılıq verib

Yeni mövsümə hazırlaşan “Qəbələ” qapıçı axtarışını davam etdirir. "Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, bölgə təmsilçisinin transfer...

Yeni mövsümə hazırlaşan “Qəbələ” qapıçı axtarışını davam etdirir.

"Operativ Məlumat Mərkəzi-OMM"-in məlumatına görə, təmsilçisinin siyahısında yer alan daha bir qolkiperin adı bəlli olub.

“Qırmızı-qaralar” hazırda klubsuz olan Ceremi Vaşouksun xidmətində maraqlıdır. “Sent-Etyen”in yetirməsi olan fransalı qapıçı “Lans”, “Orlean”, “Dunkerk”, “Karabobob”da da forma geyinib.

29 yaşlı qapıçı Azərbaycanda oynamağa razılıq verib. Tərəflər müqavilənin bütün şərtlərini razılaşdıra bilsə, Ceremi yaxın günlərdə “Qəbələ”yə qoşulacaq.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…