Əsas məzmuna keç

Fransada yanğın nəzarətdən çıxıb: 16 min hektar ərazi külə dönüb

Fransada yanğın nəzarətdən çıxıb: 16 min hektar ərazi külə dönüb

Fransanın cənubundakı Aude əyalətində avqustun 5-də başlayan və 16 min hektardan çox ərazini əhatə edən meşə yanğını hələ də nəzarət altına alınmayıb....

Fransanın cənubundakı Aude əyalətində avqustun 5-də və 16 min hektardan çox ərazini əhatə edən meşə yanğını hələ də nəzarət altına alınmayıb. Yanğın Ribaute şəhəri yaxınlığında başlayıb və və kəskin istilər səbəbindən sürətlə yayılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, indiyədək 15 yaşayış məntəqəsi yanğından zərər çəkib. Nəticədə 36 ev, 40-a yaxın tamamilə yanıb, 13 nəfər – o cümlədən 11 xəsarət alıb, 65 yaşlı qadın isə həyatını itirib.

Hazırda təxminən 2000 yanğınsöndürən hadisə yerində çalışır. Həmçinin, havadan söndürmə əməliyyatlarına da təyyarə və helikopterlər cəlb olunub. Lakin yanğının miqyası və tüstünün on metrlərlə yüksəlməsi müdaxiləni çətinləşdirir.

Yanğınla mübarizə tədbirləri hazırda da fasiləsiz davam etdirilir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…