Fransanın Rhone departamentinin Villeurbanne şəhərində məscidə girərək Quran nüsxəsini yandıran şəxs yaxalanıb.
"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.
İyunun 2-də Villeurbanndakı Errahma məscidində müsəlmanlara qarşı etiraz aksiyasında şübhəli bilinən şəxs Lion şəhəri yaxınlığında saxlanılıb.
Lyon Prokurorluğu şübhəlinin psixoloji probleminin olduğunu açıqlayıb.
Qeyd edək ki, iyunun 2-də Villeurbanne şəhərindəki Ərrahma məscidində baş verən hadisədə səhər namazına 20 dəqiqə qalmış məscidə daxil olan şəxs Quranı yandırıb.
Yandırılmış Quran qalıqlarını məscidin qapısına qoyan şəxs hadisə yerindən qaçıb.