Əsas məzmuna keç

Fransada ilk dəfə Ebola virusuna yoluxma faktı qeydə alınıb

Fransada ilk dəfə Ebola virusuna yoluxma faktı qeydə alınıb

Demokratik Konqo Respublikasından qayıdan həkimdə təhlükəli virus aşkarlanıb, səlahiyyətlilər əhalini sakitliyə çağırıb.

en ru

Fransa hakimiyyəti ölkə ərazisində qızdırmasına ilk yoluxma halının təsdiqləndiyini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə “France24” agentliyinin Fransa Səhiyyə Nazirliyinə istinadən yaydığı məlumatda bildirilib.

Məlumata görə, xəstəlik Respublikasında humanitar missiyada iştirak etdikdən sonra ölkəyə qayıdan bir həkimdə aşkarlanıb. Yoluxan şəxs dərhal təcrid olunub və hazırda tibbi nəzarət altındadır.

Bildirilib ki, səhiyyə qurumları xəstənin təmasda olduğu şəxslərin müəyyən edilməsi istiqamətində araşdırmalara başlayıb. Rəsmilər virusun əhali arasında geniş yayılma riskinin hələlik aşağı səviyyədə qiymətləndirildiyini qeyd ediblər.

Qeyd olunub ki, Ümumdünya Səhiyyə Təşkilatı Konqoda qeydə alınan son Ebola epidemiyasını izləyir. Rəsmi məlumatlara əsasən, həmin ölkədə minlərlə yoluxma halı qeydə alınıb, 267 nəfərin isə həyatını itirdiyi bildirilir.

Eyni zamanda, İsraildə də Ebola ilə bağlı ehtiyat tədbirləri artırılıb və şübhəli yoluxma halları ilə bağlı xəstəxanalara müraciətlərin araşdırıldığı açıqlanıb. Səhiyyə qurumları diaqnozların hələ təsdiqlənmədiyini və laborator analizlərin davam etdiyini bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…