Əsas məzmuna keç

Fransada hakim və anası kriptovalyuta dəstəsi tərəfindən qaçırılıb

Fransada hakim və anası kriptovalyuta dəstəsi tərəfindən qaçırılıb

Lion Prokurorluğu fidyə tələbi ilə törədilən cinayət hadisəsi ilə bağlı 6 şübhəlinin həbs edildiyini açıqlayıb.

en ru

Fransanın cənub-şərqindəki Drom departamentində səs-küylü cinayət hadisəsi baş verib.

"Operativ Məlumat Mərkəzi-OMM" yerli KİV-ə istinadən xəbər verir ki, bir hakim və onun dəstəsi tərəfindən qaçırılıb.

Cinayətkarlar hakimin həyat yoldaşına müraciət edərək azadlığa buraxılma qarşılığında qismində kriptovalyuta tələb ediblər.

Hadisə ilə bağlı keçirilən genişmiqyaslı əməliyyata 200-ə yaxın əməkdaşı cəlb olunub. Axtarışlar nəticəsində Bur-le-Valans qəsəbəsindəki qatar stansiyasında hakim və anası yaralı halda tapılıb. Yaralılar dərhal xəstəxanaya yerləşdirilib, şübhəlilərin saxlanılması istiqamətində əməliyyat tədbirləri isə gücləndirilib.

Lion Prokurorluğunun rəsmi açıqlamasına əsasən, fevralın 7-si və 8-də keçirilən əməliyyatlar zamanı cinayətdə şübhəli bilinən 4 kişi, 1 qadın və 1 azyaşlı saxlanılıb. Məhkəmə qərarı ilə 6 nəfərin hamısı barəsində qətimkan tədbiri seçilib.

İstintaq orqanları bildirir ki, araşdırmalar genişləndirilib. Hazırda hüquq-mühafizə orqanları kriptovalyuta ilə əməliyyat aparan varlı şəxsləri hədəf alan digər qaçırma və qəsb cəhdlərinin bu dəstə ilə əlaqəsini araşdırır.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…