Operativ Məlumat Mərkəzi

Fransa “Mirage 2000” təyyarəsini 2025-ci ildə Ukraynaya təhvil verməyi planlaşdırır

1 dəq
Paylaş:
Fransa “Mirage 2000” təyyarəsini 2025-ci ildə Ukraynaya təhvil verməyi planlaşdırır
təyyarələrin sayı hələ dəqiqləşdirilməyib. Lekornu qeyd edib ki, ilk tədarüklər 2025-ci ilin yanvar-mart ayları arasında planlaşdırılır. Bu vaxta qədər...

Fransanın müdafiə naziri Sebastien Lekornu ölkəsinin 2025-ci ilin əvvəlində Ukraynaya "Dassault Aviation Mirage 2000-5F" döyüş təyyarələrini təhvil verəcəyini bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təyyarələrin sayı hələ dəqiqləşdirilməyib.

Lekornu qeyd edib ki, ilk tədarüklər 2025-ci ilin yanvar-mart ayları arasında planlaşdırılır. Bu vaxta qədər fransız mütəxəssislərin ukraynalı pilotlara və texniki personala təlim keçməli olduğu açıqlanıb.

Ukrayna prezidenti Vladimir Zelenski ötən gün fransalı həmkarı Emmanuel Makronla görüşündən sonra Ukrayna Silahlı Qüvvələrində (AFU) bəzi hərbi texnikanın “böyük çatışmazlıq” yaşadığını və cəbhədə çətin vəziyyətin yarandığını bildirib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər