Əsas məzmuna keç

Fransa İsrailə təzyiq üçün ABŞ-ni hərəkətə çağırıb

Fransa İsrailə təzyiq üçün ABŞ-ni hərəkətə çağırıb

Jan-Noel Barro Vaşinqtonu Livan cəbhəsində atəşkəs üçün İsrailə sərt mövqe tutmağa çağırıb. Tehranın nüvə proqramı və Hizbullahla bağlı gərginlikdən nə gözlənilir?

en ru

Fransanın naziri Jan-Noel ABŞ-ni Livandakı hərbi əməliyyatların dayandırılması üçün İsrailə göstərməyə çağırıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, nazir bu barədə “Franceinfo” telekanalına müsahibəsində danışıb.

Barro bildirib ki, Fransa Livan ordusuna dəstəyin gücləndirilməsi məqsədilə konfransın təşkili istiqamətində fəaliyyətini davam etdirir.

Onun sözlərinə görə, regionda sabitliyin təmin olunması üçün diplomatik səylərin artırılması vacibdir.

Nazirin bu açıqlaması ABŞ və İran arasında əldə olunduğu bildirilən anlaşma memorandumunda atəşkəs çağırışlarının yer almasına baxmayaraq, İsrail ordusunun Livanın cənubunda Hizbullahın mövqelərinə və infrastruktur obyektlərinə zərbələri davam etdirməsi ilə bağlı məlumatlar fonunda səsləndirilib.

Barro eyni zamanda İranın nüvə proqramı məsələsinə də toxunub.

O vurğulayıb ki, Fransa Tehranın nüvə proqramı ilə bağlı danışıqlarda üzərinə düşən öhdəlikləri yerinə yetirdiyinə əmin olmadığı halda, BMT Şurasında İrana qarşı sanksiyaların ləğvini dəstəkləməyəcək.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…