Əsas məzmuna keç

"Livanın məhv edilməsi "Hizbullah"ı məhv etməyəcək, əksinə, onu gücləndirəcək" - Fransa XİN

"Livanın məhv edilməsi "Hizbullah"ı məhv etməyəcək, əksinə, onu gücləndirəcək" - Fransa XİN

Jan-Noel Barro İsrailin hərbi addımlarını pislədi. Paris ABŞ-İran atəşkəsinin bölgəyə təsiri və sülh danışıqlarının taleyi barədə kritik xəbərdarlıq etdi.

en ru

Fransa İsrailin Livan ərazisindəki hərbi əməliyyatlarını dəstəkləmir və ilə İran arasında əldə edilən atəşkəsin Livana da şamil olunmalı olduğuna inanır.

"Operativ Məlumat Mərkəzi-OMM"xəbər verir ki, bu barədə Fransanın naziri Jan-Noel "France Inter" radiosunda bildirib.

"Livan ABŞ və İran arasında əldə edilən atəşkəsdən qıcıqlanan bir hökumətin qurbanı olmamalıdır. Livanın məhv edilməsi, Livan dövlətinin məhv edilməsi ""ı məhv etməyəcək, əksinə, onu gücləndirəcək. Buna görə də, Livan mütləq bu atəşkəsə, danışıqların başlamasına imkan verən bu müvəqqəti, kövrək atəşkəsə daxil edilməlidir", – nazir vurğulayıb.

Jan-Noel Barro İsrail ilə münasibətlərin gərginləşməsinə görə "Hizbullah"ı günahlandırıb, eyni zamanda 8 apreldə İsrailin Livana qarşı "qəbuledilməz" hücumlarını pisləyib və nəticədə 250-dən çox insan həlak olub.

Nazir əlavə edib ki, "bu hücumlar xüsusilə ABŞ və İran arasında əldə edilən müvəqqəti atəşkəsi təhlükə altına aldığı üçün qəbuledilməzdir".

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…