Əsas məzmuna keç

Fransa DİN: Əlcəzair blogeri qəbul etməməklə Parisi alçaltmaq istəyir

Fransa DİN: Əlcəzair blogeri qəbul etməməklə Parisi alçaltmaq istəyir

bunu Fransanın daxili işlər naziri Bruno Retayo bildirib. "Biz Əlcəzair məsələsində son dərəcə narahatedici həddə çatmışıq. Əlcəzairlə bağlı əlimizdə...

Əlcəzair nifrəti qızışdırma zəminində deportasiya edilmiş əlcəzairli qəbul etməməklə Fransanı alçaltmağa çalışır.

"Operativ Məlumat Mərkəzi-OMM" BFMTV telekanalına istinadən xəbər verir ki, bunu Fransanın daxili işlər naziri Bruno bildirib.

"Biz Əlcəzair məsələsində son dərəcə narahatedici həddə . Əlcəzairlə bağlı əlimizdə olan bütün vasitələri araşdırmalıyıq", - qanun pozuntusuna yol vermiş əcnəbilərin deportasiyası siyasətinin sərtləşdirilməsinin vacibliyini dəfələrlə bəyan edən Retayo söyləyib.

O, əlcəzairlilərə verilən vizaların sayının, eləcə də Əlcəzairə maliyyə yardımının azaldılmasının mümkün olduğunu deyib. Hazırda bu məbləğ 131,79 milyon təşkil edir ki, bu da ÜDM-i 240 milyard avro olan ölkə üçün dəryada bir damladır.

Daha əvvəl Əlcəzair Fransa hakimiyyətinin ölkədən çıxarılması ilə bağlı göstəriş verdiyi Doualemn adlı blogeri geri qəbul etməkdən imtina edib.

Fransanın cənubundakı Monpelyedə yaşayış icazəsi əsasında yaşayan yanvarın 4-də “TikTok”dakı kanalında Fransa ərazisində zorakı hərəkətlərə çağırışlar etdiyi üçün həbs edilib. O, ötən gün ölkədən deportasiya edilsə də, Əlcəzair onu geri göndərib. Bloger qayıtdıqdan sonra Sena və Marna departamentində müvəqqəti saxlama mərkəzinə yerləşdirilib. O, videonu çəkərkən narkotik asılılığına qarşı dərman vasitəsinin təsiri altında olduğunu bildirib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…