Operativ Məlumat Mərkəzi

Fransa 300-ə yaxın müsəlman şagirdi məktəblərə buraxmayıb

1 dəq
Paylaş:
Fransa 300-ə yaxın müsəlman şagirdi məktəblərə buraxmayıb
bir çox müsəlman ölkələrində hicab və niqabla birlikdə ictimai yerlərdə geyilməsi nəzərdə tutulan uzun ənənəvi ərəb qadın paltarı olan əbaya keçən...

Fransa Təhsil Nazirliyi müsəlman paltarı geyinərək Fransa məktəblərinə gedən 300-ə yaxın qızın dərslərə buraxılmadığını bildirib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bir çox müsəlman ölkələrində hicab və niqabla birlikdə ictimai yerlərdə geyilməsi nəzərdə tutulan uzun ənənəvi ərəb qadın paltarı olan əbaya keçən həftədən Fransa dövlət məktəblərində qadağan olunub.

Ümumilikdə, rəsmi rəqəmlərə görə, yeni tədris ilinin əvvəlində yaşı 15 və daha yuxarı olan 298 qız məktəbə qadağan olunmuş geyimdə gəlib.

Qadağanın xatırladılmasından sonra şagirdlərin əksəriyyəti geyimini dəyişib dərslərinə başlamağa razılaşıb. Lakin 67 qız qanuna tabe olmaqdan imtina etdiyi üçün evlərinə göndərilib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər