Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fransada isti hava dalğası - 53 bölgədə narıncı xəbərdarlıq verildi

1 dəq
Paylaş:
Fransada isti hava dalğası - 53 bölgədə narıncı xəbərdarlıq verildi

Fransada davam edən güclü isti hava dalğası səbəbindən ölkənin 53 bölgəsində hava ilə bağlı narıncı elan edilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Bildirilib ki, 21–23 iyun tarixləri arasında ölkədə səviyyədə temperatur alına bilər.

Ölkənin yarısından çoxunu əhatə edən 53 bölgədə narıncı xəbərdarlıq qüvvədədir və əhaliyə ehtiyatlı olmaq tövsiyə edilir.

Yerli mediaya görə, yüksək temperatur səbəbindən Seine-et-Marne, Gironde, Sarthe və Charente-Maritime bölgələrində planlaşdırılan bəzi musiqi festivalları ləğv edilib.

Bundan əlavə, Poitiers şəhərində bəzi universitet imtahanları da isti hava səbəbindən təxirə salınıb.

Fransa Daxili İşlər Nazirliyi isə isti hava ilə bağlı vətəndaşlara məsləhət vermək üçün pulsuz məlumat xətti yaradıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Avropa xəbərləri

Hamısına bax