Laosun mərkəzi hissəsində yerləşən Saysombun əyalətində qızıl axtarışı məqsədilə yeraltı tunellərə daxil olan yeddi nəfərlik kənd sakini qrupu təhlükəli vəziyyətlə üzləşib. Mayın 20-də baş verən qəfil daşqınlar nəticəsində mağaranın giriş hissələri bağlanıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in xarici mediaya istinadən yaydığı məlumata görə, 10 günlük xilasetmə əməliyyatından sonra dörd nəfər mağaradan sağ çıxarılıb. Hazırda itkin düşən digər iki nəfərin tapılması istiqamətində axtarış-xilasetmə tədbirləri davam etdirilir.