10 gün sonra xilasedicilər Laosda su basmış mağaradan dörd kişini azad ediblər.
Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” xarici mediaya istinadən xəbər verir.
Hadisə mərkəzi Saysombun əyalətində baş verib, burada yeddi nəfərdən ibarət kənd sakinləri qrupu qızıl axtarışı ilə dar yeraltı tunellərə girib. Mayın 20-də baş verən qəfil daşqın nəticəsində mağaranın girişləri bağlanıb.
Son məlumatlara görə, iki kişi hələ də itkin düşmüş hesab olunur, axtarış-xilasetmə əməliyyatı davam edir.