"Formula 2" üzrə Azərbaycan Qran-prisində birinci sıralama turu başlayıb.
“Operativ Məlumat Mərkəzi-OMM”-in məlumatına görə, mübarizəyə saat 14:00-da start verilib.
Bu gün ikinci dərəcələrin pilotların daha bir sıralama turu da gerçəkləşəcək.
Daha əvvəl "Formula 2"-dəki sərbəst yürüşdə "Art Grand Prix" komandasından Kuş Maini ən yaxşı nəticəni göstərib.
Qeyd edək ki, Azərbaycan Qran-prisi sentyabrın 26-da başa çatacaq.