"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA

"Formula 1" yarışları Azərbaycanın artan nüfuzunun göstəricisidir - AÇIQLAMA
16.09.2024 22:18
Aa
dəq

“Formula 1” yarışlarının Azərbaycanda növbəti dəfə start götürməsi heç şübhəsiz ki, dünyanın idman bayramına şahidlik etməsi deməkdir. Çünki, “Formula 1” yarışları dünyanı ən çox tamaşaçı cəlb edən və keçirildiyi məkanı dünyada ən çox reklam edən yarışlardan biridir.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu sözləri açıqlamasında deputat Hikmət Babaoğlu bildirib.

Hikmət Babaoğlu deyib ki, “Formula 1” yarışının iştirakçıları üçün Bakı halqası bir əfsanədir. Çünki, bu halqa təbii şəhər relyefi və coğrafiyasında baş tutur, idmançılar üçün maraqlı sürprizlər yaradır ki, bu da həm tamaşaçılar, həm də professional iştirakçılar tərəfindən xüsusi rəğbətlə qarşılanır.

““Formula 1” yarışını təkcə idman yarışı kimi təqdim edə bilmərik, çünki bu hər şeydən öncə ev sahibliyi edən ölkəyə etibarın və məkanın təhlükəsizliyi ilə bağlıdır. Bütün idman növlərinin təhlükəsizliyi hər zaman ən yüksək səviyyədə təmin olunur, həmişə diqqət mərkəzində olur. Çünki bu, ən mühüm şərtlərdən biridir”.

Deputat qeyd edib ki, biz bu yaxınlarda Fransada Paris Yay Olimpiya Oyunlarının keçirilməsində nə qədər təhlükəsizlik məsələlərinin təhdid edən halların baş verdiyini gördük. Hətta idmançıların itməsindən tutmuş, onların müxtəlif xəstəliklərə düçar olmasına qədər müxtəlif məsələlərlə rastlaşdıq. Ancaq Azərbaycan uzun müddətdir ki, çoxsaylı beynəlxalq yarışlara ev sahibliyi edir. Heç birində bu təhlükəsizlik zəifliyi olmur. Əksinə olaraq, yüksək səviyyədə təşkil edilmiş olur.

“Düşünürəm ki, Azərbaycana maraq da, həm onun idman ölkəsi olması, həm də etibarlı təhlükəsiz tərəfdaşı olması ilə əlaqədardır”, - deyə H.Babaoğlu vurğulayıb.

Digər həmsöhbətimiz, Milli Məclisin deputatı Naqif Həmzəyev bildirib ki, “Formula 1” yarışlarının Azərbaycanda keçirilməsi yalnız idman tədbiri kimi deyil, eyni zamanda dünyada böyük izləyicisi olan bir kütləvi tədbir kimi də dəyərləndirilməlidir. Azərbaycanın xaricdə tanıdılması, təbliğ edilməsi, Azərbaycana olan marağın artırılmasında da bu gün mötəbər tədbirlərin çox böyük rolu var.

“Uzun illərdir ki, Azərbaycanda Bakı halqası üzrə “Formula 1” yarışı keçirilir. Bu yarış artıq ənənəvi hala çevrilib. Bu cür tədbirlər yaxın gələcəkdə də davam etdiriləcək. Biz inanırıq ki, yalnız “Formula 1” tədbirləri keçirilən ərəfədə deyil, ilin növbəti dövrlərində də Azərbaycana çoxlu sayda turist axınının baş tutmasında bu cür tədbirlərin böyük rolu olacaq. Biz xaricilərin Azərbaycana qarşı isti, xoş münasibətlərinin də məhz bu cür mötəbər tədbirlərdən sonra yaranmasını dəfələrlə şahidlik etmişik. Bu baxımdan düşünürəm ki, bu cür yarışlar mütləq keçirilməlidir”, - deyə deputat qeyd edib.

N.Həmzəyev vurğulayıb ki, yaxın gələcəkdə bu cür mötəbər tədbirlərin tək paytaxt Bakı şəhərində deyil, eyni zamanda paytaxtdan kənarda da keçirilməsi məqsədəuyğun olardı. Bu, Bakıdakı sıxlığın azalmasına gətirib çıxarardı, həmçinin digər regionlarımızın, böyük şəhərlərimizin tanıdılmasına və həmin yerlərə də turist axınının cəlb edilməsinə xidmət etmiş olardı.

“Ümumilikdə isə mən bu tədbirlərin uğurla keçirilməsi münasibətilə bütün təşkilatçıları təbrik edirəm və inanıram ki, bu cür mötəbər tədbirlər həmişə Azərbaycanda keçiriləcəkdir və Azərbaycanın artan nüfuzuna daha da dəstək olacaqdır”, - deyə millət vəkili sonlandırıb.

Həftənin ən çox oxunanları

Rusiya Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib - RƏY

Rusiya Kursk vilayətinə 50 minə yaxın qoşun yeridib - RƏY
DAVAMIN OXU davamın oxu

Avtomobil yoluna girən avtobuslar cərimə olunmalıdır? - AÇIQLAMA

Avtomobil yoluna girən avtobuslar cərimə olunmalıdır? - AÇIQLAMA
DAVAMIN OXU davamın oxu

İlham Əliyevin Moskva səfərində nələr baş verib? - RƏY

İlham Əliyevin Moskva səfərində nələr baş verib? - RƏY
DAVAMIN OXU davamın oxu

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY

Azərbaycan-Rusiya münasibətləri inkişaf edir - RƏY
DAVAMIN OXU davamın oxu

Rusiya hərəkətə KEÇDİ: Yenidən Qarabağa gəlmək istəyir

Rusiya hərəkətə KEÇDİ: Yenidən Qarabağa gəlmək istəyir
DAVAMIN OXU davamın oxu