Əsas məzmuna keç

"Formula 1": Bakıya gələn turistlərin sayı rekord vurdu

"Formula 1": Bakıya gələn turistlərin sayı rekord vurdu

Bakı trasında keçirilən yarışa maraq pik nöqtədədir. Paytaxtımıza gələn əcnəbi qonaqların sayı ötən illərlə müqayisədə tarixi maksimumu yeniləyib.

en ru

Sayca 10-cu dəfə Bakıda keçirilən "Formula 1" üzrə Qran-Prisinə gələn xarici turistlərin sayı rekord həddə çataraq 16 mini keçib.

Bu barədə “Operativ Məlumat Mərkəzi-OMM” Şəhər Halqası Əməliyyat Şirkətindən məlumat verilib.

Bu, "Formula 1"in paytaxt Bakıda keçirildiyi dövrdə qeydə alınan ən yüksək göstəricidir. Xarici qonaqların ötənilki sayı 14 min olub.

Yarışa beynəlxalq marağın artması bilet satışlarında da özünü göstərir. 2026-cı il Azərbaycan Qran-Prisinin biletləri 120-dən çox ölkədən olan azarkeşlər tərəfindən alınıb.

Bu göstərici yarışın beynəlxalq coğrafiyasının daha da genişləndiyini göstərir.

Xatırladaq ki, bu gün start götürən yarış sentyabrın 26-da başa çatacaq.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…