Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Oturacaqda oturmaq istəmədi, uçuş ləğv edildi

2 dəq
Paylaş:
Oturacaqda oturmaq istəmədi, uçuş ləğv edildi

Kanadada Viktoriyа Hava Limanından Pearson Hava Limanına uçmağa hazırlaşan təyyarə azyaşlı uşağın kəmərini taxmaqdan imtina etməsi və oturacağında ayağa qalxması səbəbindən havaya qalxa bilməyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bununla bağlı xarici KİV məlumat yayıb.

Şirkətin sözçüsü Bred Sisero açıqlamasında bildirib ki, valideynin və kabin heyətinin bütün cəhdlərinə baxmayaraq, uşaq yerində oturmayıb, buna görə təyyarə -enmə zolağından terminala geri qaytarılıb.

Təyyarənin terminala qayıtması, uşağın və valideyninin təyyarədən endirilməsi, baqajların təhvil verilməsi və rəsmi prosedurların yenidən həyata keçirilməsi müəyyən vaxt apardığından uçuş gecikib. Lakin Viktoriyа hava limanının uçuş-enmə zolağının gecə saat 00:30-da bağlanması səbəbindən reysin tamamilə ləğv edildiyi bildirilib.

Sisero təyyarənin ertəsi gün günortadan sonra Toronto istiqamətində yola düşdüyünü qeyd edib.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax