Əsas məzmuna keç

Dəhşətli istilər 250 min insanın həyatını təhlükəyə atır

Dəhşətli istilər 250 min insanın həyatını təhlükəyə atır

Dünya Sağlamlıq Təşkilatının proqnozlarına görə, iqlim dəyişikliyi yaxın onilliklərdə ciddi insan itkilərinə səbəb ola bilər.

en ru

İqlim dəyişikliyi insan sağlamlığı, ərzaq və su təhlükəsizliyi, eləcə də şəhər infrastrukturu üçün ciddi qlobal təhlükəyə çevrilir.

“Operativ Məlumat Mərkəzi – OMM” xəbər verir ki, Dünya Təşkilatının məlumatına görə, 2030-2050-ci illər arasında istilik stressi, qeyri-kafi qidalanma, malyariya və ishal kimi amillər səbəbindən hər il təxminən 250 min əlavə ölüm baş verə bilər.

Məlumata görə, iyunun sonlarında Avropada müşahidə olunan ekstremal problemin miqyasını bir daha ortaya qoyub. “Reuters”in məlumatına əsasən, 20-28 iyun tarixlərində Fransa, Belçika və Niderlandda yüksək temperaturla əlaqəli təxminən 3 700 əlavə ölüm halı qeydə alınıb.

Bildirilir ki, həmin dövrdə Fransada 2 025, Belçikada 1 200, Niderlandda isə 480-ə yaxın əlavə ölüm halı baş verib. Ekspertlər yekun rəqəmlərin daha yüksək ola biləcəyini istisna etmirlər.

Uzunmüddətli istilik dalğalarının xüsusilə yaşlılar, körpələr, xroniki xəstəlikləri olan şəxslər və açıq havada çalışan insanlar üçün ciddi risk yaratdığı vurğulanır. Şəhərlərdə beton və asfaltın istiliyi uzun müddət saxlaması isə gecə saatlarında temperaturun kifayət qədər aşağı düşməsinə mane olur.

Qeyd edək ki, “Lancet Countdown”ın 2025-ci il hesabatına əsasən, 1990-cı illərdən etibarən istiliklə əlaqəli ölüm nisbəti 23 faiz artıb. Türkiyədə də isti hava dalğalarının sayının artdığı bildirilir. Meteorologiya Baş İdarəsinin məlumatlarına görə, 2025-ci ildə Tokatda 5 dəfə isti hava dalğası qeydə alınıb.

Mütəxəssislər hesab edirlər ki, artan temperatur artıq müvəqqəti hava hadisəsi deyil, qlobal miqyasda uzunmüddətli təhlükə yaradan əsas amillərdən birinə çevrilib.

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…