Küveytin milli aviadaşıyıcısı olan "Kuwait Airways" ölkənin hava məkanında bütün uçuşların dayandırıldığını elan edib. Şirkət tərəfindən verilən rəsmi açıqlamada bildirilir ki, İranın Küveyt Beynəlxalq Hava Limanına hücumundan sonra təhlükəsizlik tədbirləri çərçivəsində bütün reyslər növbəti xəbərdarlığadək təxirə salınıb.
Aviadaşıyıcı sərnişinlərə uçuşlarla bağlı ən son yenilikləri rəsmi məlumat kanalları vasitəsilə izləməyi tövsiyə edib. Qeyd olunub ki, bölgədəki vəziyyətin inkişafından asılı olaraq, uçuşların bərpası barədə əlavə məlumat veriləcək.