Əsas məzmuna keç

Finlandiyadan Rusiyaya avtomobil qadağası

Finlandiyadan Rusiyaya avtomobil qadağası

Finlandiya hakimiyyəti Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan edəcək. Bu barədə "Yle" öz mənbələrinə istinadən xəbər verir....

Finlandiya hakimiyyəti Rusiyada qeydiyyatda olan avtomobillərin ölkəyə girişini qadağan edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə "Yle" öz mənbələrinə istinadən xəbər verir.

Nəşrin məlumatına görə, dövlət nişanlı və 10-dan az sərnişin üçün nəzərdə tutulmuş avtomobillər bundan sonra sərhədi keçə bilməyəcək. Bununla belə, giriş qadağası ilə bağlı bəzi istisnalar olacaq ki, bu barədə daha sonra məlumat veriləcək.

Beləliklə Rusiya avtomobillərinin qəbulu məsələsində Finlandiya “Aİ-nin ümumi xəttini tutacaq”.

Qadağanın nə vaxt qüvvəyə minəcəyi və ya digər təfərrüatlar barədə hələlik məlumat yoxdur.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…