Əsas məzmuna keç

Fikret Orman və Burak Elmas narkotik işi üzrə saxlanıldı

Fikret Orman və Burak Elmas narkotik işi üzrə saxlanıldı

Türkiyədə şok əməliyyat: Hande Erçel haqqında həbs qərarı verildi, tanınmışlar İstanbul Hava Limanında nəzarətə alındı. Qadağan olunmuş maddə qalmaqalı böyüyür...

en ru

Məşhurlara yönəlmiş “” istintaqında yeni dalğa çərçivəsində “Beşiktaş”ın keçmiş prezidenti Fikret Orman, “Galatasaray”ın keçmiş prezidenti Elmas, iş adamları Hakan Sabancı və Kerim Sabancı, eləcə də modellər Didem Soydan və Güzide Duran saxlanılıb.

"Operativ Məlumat Mərkəzi-OMM" mətbuatına istinadən xəbər verir ki, istintaq çərçivəsində aktrisa Hande Erçel haqqında da saxlanılma qərarının olduğu bildirilib. Erçelin hazırda xaricdə olduğu qeyd edilir.

Məlumata görə, Fikret Orman və Güzide Duran birlikdə, iş adamı Kerim Sabancı isə xaricdən qayıdarkən İstanbul Hava Limanında saxlanılıb.

Xatırladaq ki, Türkiyədə ötən ildən narkotiklə bağlı həyata keçirilən əməliyyat çərçivəsində aralarında Hadisə, İrem Derici, Birce Akalay, Kaan Yıldırım, Kubilay Aka, Mert Yazıcıoğlu, Doğukan Güngör, İsmail Hacıoğlu, Kemal Doğulu, Kaan Tangözenin də olduğu bir çox məşhur sima saxlanılıb və daha sonra sərbəst buraxılıb.

Qeyd edək ki, narkotik istintaqına cəlb olunan bir çox tanınmış şəxs nüfuzlarının zədələndiyini və günahsızlıq prezumpsiyasının ictimaiyyət qarşısında pozulduğunu bildirir.

Müəllif

Redaksiya heyəti

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…