Əsas məzmuna keç

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərib

FHN Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərib

Bakı Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola salınan humanitar yardım 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən...

İlham Əliyevin tapşırığına uyğun olaraq, Fövqəladə Hallar Nazirliyi tərəfindən Qırğızıstana təmənnasız olaraq maddi-texniki yardım göndərilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Beynəlxalq Dəniz Ticarət Limanından bərə ilə yola 10 ədəd “KamAZ” markalı xüsusi təyinatlı yanğınsöndürmə avtomobillərindən ibarətdir.

Qırğız Respublikası Fövqəladə Hallar Nazirliyinin maddi-texniki bazasının möhkəmləndirilməsinə dəstək məqsədilə yola salınan texnikalar yanğınlarla effektli mübarizə üçün bütün lazımi texniki parametrlərə malikdir.

Belə ki, böyük su tutumu və 6 nəfərdən ibarət şəxsi heyətin daşınması imkanına malik yanğınsöndürmə avtomobilləri xüsusilə mürəkkəb və çətin relyefli ərazilərdə yolsuzluq şəraitində yanğınlarla mübarizədə faydalı olmaqla yanaşı, həm də etibarlılığı, istifadə və texniki xidmət baxımından rahatlığı ilə fərqlənir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…