FHN qeyri-çimərliklərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib

FHN qeyri-çimərliklərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib
04.07.2024 09:54
Aa
dəq

Fövqəladə Hallar Nazirliyi (FHN) qeyri-çimərlik ərazilərdən istifadə ilə əlaqədar əhaliyə müraciət edib.

Qurumdan "Operativ Məlumat Mərkəzi-OMM"-ə daxil olan məlumata görə, nazirlik tərəfindən aparılan kütləvi maarifləndirmə işlərinə baxmayaraq, yenə də bəzi vətəndaşlar, o cümlədən uşaq və yeniyetmələr tərəfindən çimərlik kimi nəzərdə tutulmayan kanal, çay, arx, süni göl və digər su hövzələrindən çimərlik kimi istifadə faktlarına rast gəlinir. Bu isə bir sıra hallarda acı nəticələrə gətirib çıxarır.

"Belə ki, çimərlik üçün nəzərdə tutulmayan kanallar, arxlar, çaylar, göl və digər su hövzələrinin təhlükəli sualtı relyefə, sürətli axına, qeyri-müəyyən dərinliyə, məhdud görüntü və digər təhlükəli xüsusiyyətlərə malik olması həmin hövzələrdən yayda sərinləmək məqsədilə istifadə zamanı həyat və sağlamlıq üçün ciddi təhlükə yaradır.
Qeyd olunanlarla bağlı Fövqəladə Hallar Nazirliyi bir daha əhaliyə müraciət edərək, müvafiq təhlükəsizlik qaydalarına əməl etməyə və çimərlik kimi nəzərdə tutulmayan su hövzələrindən istifadə etməməyə çağırır, - deyə müraciətdə vurğulanıb.

Həftənin ən çox oxunanları

FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib - VİDEO

FHN SOCAR-ın zavodunda yanğın-taktiki təlim keçirib - VİDEO
DAVAMIN OXU davamın oxu

Bakının Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunur

Bakının Mikayıl Müşfiq küçəsində asfaltlanma işləri icra olunur
DAVAMIN OXU davamın oxu

Bakının Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir yekunlaşıb

Bakının Mehdi Hüseyn və Teymur Elçin küçələrində təmir yekunlaşıb
DAVAMIN OXU davamın oxu

Xocalıda xeyli sayda döyüş sursatı aşkarlanıb

Xocalıda xeyli sayda döyüş sursatı aşkarlanıb
DAVAMIN OXU davamın oxu

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb

Ağsuda yanğın təhlükəli obyektin fəaliyyəti dayandırılıb
DAVAMIN OXU davamın oxu