Əsas məzmuna keç

FHN III MDB Oyunlarına hazırlıqla əlaqədar maarifləndirmə tədbiri keçirib

FHN III MDB Oyunlarına hazırlıqla əlaqədar maarifləndirmə tədbiri keçirib

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas istiqamətlərdən biri olan...

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğın Nəzarəti Xidməti ölkədə yanğın təhlükəsizliyinin təmin edilməsi sahəsində əsas istiqamətlərdən biri olan əhalinin yanğın təhlükəsizliyi qaydaları barədə maarifləndirilməsi üzrə tədbirlərin görülməsini davam etdirir.

Bu barədə "Operativ Məlumat Mərkəzi-OMM"-ə FHN-dən məlumat verilib.

Bildirilib ki, Xidmətin regional Dövlət Yanğın Nəzarəti İdarəsinin əməkdaşları respublikamızda keçiriləcək III Oyunlarına hazırlıqla əlaqədar yanğın təhlükəsizliyi mövzusunda maarifləndirmə təşkil edib. Gəncə İdman Sarayında keçirilən tədbirdə Gəncə şəhər stadionunun və Gəncə Olimpiya İdman Kompleksinin kollektivi iştirak edib.

Tədbirdə baş verə biləcək yanğınlar zamanı ilkin zəruri davranış qaydaları ilə əlaqədar geniş məlumat verilib, təxliyə planından düzgün istifadə olunmasının vacibliyi diqqətə çatdırılıb. Həmçinin, ərazilərin təmiz, yanğına qarşı su təchizatı qurğularının işlək vəziyyətdə saxlanılmasının, ehtiyat çıxış yollarında sərbəst hərəkətin daim təmin edilməsi və ilkin yanğınsöndürmə vasitələri ilə təchizatın zəruriliyi vurğilanıb.

Tədbirdə ilkin yanğınsöndürmə vasitələrindən istifadə qaydaları nümayiş etdirilib, suallar cavablandırılıb.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Foto qalereya

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…