Fəzail İbrahimli: "Sərhəddə baş verən hadisələr böyük dövlətlərin maraqlarının ifadəsidir"

Fəzail İbrahimli: "Sərhəddə baş verən hadisələr böyük dövlətlərin maraqlarının ifadəsidir"
19.06.2023 12:32
Aa
dəq

“Sərhəddə baş verən hadisələr böyük dövlətlərin maraqlarının ifadəsidir”.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bunu Milli Məclis sədrinin müavini, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fəzail İbrahimli “Müasir dövrdə birgəyaşayışın çağırışları və perspektivləri” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycanın geosiyasi vəziyyəti, böyük dövlətlərin Azərbaycan marağı, bu maraqlar altındakı məkrli niyyətlər, bu niyyətlər qarşısında güclü olmaq zərurəti dinindən, məzhəbindən asılı olmayaraq hər bir Azərbaycan vətəndaşının üzərinə məsuliyyət qoyur: “Sərhəddə baş verən hadisələri görürsünüz. Bu proseslər dini, irqi, milli xarakter daşımır və böyük dövlətlərin maraqlarının ifadəsidir”.

Milli Məclisin vitse-spikeri qeyd edib ki, bu gün Azərbaycan xalqı qürurla yaşayır: “Vətən müharibəsindəki tarixi qələbəmizə qədər cəmiyyətin qarşısında kişilər həmişə üzü qara idi. Himnimizi oxuyurduq ki, can verməyə, qan tökməyə hazırıq. Ancaq şəhidlərimizin ruhu pıçıldayırdı ki, nə vaxt? Bu gün xoşbəxtik ki, millətimizin millətlər, dövlətimizin dövlətlər qarşısında üzü ağdır. Hamımız əl-ələ verib ölkəmizin yeni uğurlar qazanmasına köməklik etməliyik”.

Həftənin ən çox oxunanları

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub

İnsan alverinə qarşı mübarizə üzrə Milli Koordinatorun illik məlumatı Milli Məclisə daxil olub
DAVAMIN OXU davamın oxu

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub

İsveçrə şirkətlərinin Qarabağ və Şərqi Zəngəzurda bərpa işlərində iştirakı müzakirə olunub
DAVAMIN OXU davamın oxu

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib

Milli Məclisin sədri ilə Bolqarıstan Prezidenti arasında görüş keçirilib
DAVAMIN OXU davamın oxu

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək

Qeydiyyata alınmadan tütün məmulatını istehsal edənlər 12 min manatadək cərimələnəcək
DAVAMIN OXU davamın oxu

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var

Milli Məclisin iclası başlayıb, gündəlikdə 18 məsələ var
DAVAMIN OXU davamın oxu