Əsas məzmuna keç

FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərləri barəsində həbs qətimkan tədbiri seçilib

FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərləri barəsində həbs qətimkan tədbiri seçilib

təqsirləndirilən şəxslər barəsində Nərimanov rayon Məhkəməsində müstəntiqin verdiyi vəsatətlərə baxılıb. Məhkəmə vəsatətləri təmin edib və onların hər...

FETÖ-nün Azərbaycandakı keçmiş rəhbərlərindən olan Döyrüş Cəfərov, təşkilatın maliyyə işlərinə olan Gümrah Əbdürəhmanov, “Yurd” mərkəzinin direktoru Ruslan və təşkilati işlərə cavabdeh şəxs Anar Əliyev barəsində seçilib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, təqsirləndirilən şəxslər barəsində Nərimanov rayon Məhkəməsində müstəntiqin verdiyi vəsatətlərə baxılıb.

Məhkəmə vəsatətləri təmin edib və onların hər biri barəsində 4 aylıq həbs qətimkan tədbiri seçib.

Onlara Cinayət Məcəlləsinin 204.3.1 (saxta pul və ya qiymətli kağızlar hazırlama, əldə etmə və ya satma mütəşəkkil dəstə tərəfindən törədildikdə) maddəsi ilə ittiham verilib və təqsirləndirilən şəxs qismində cəlb ediliblər.

Saxlanılanlardan "Yurd” mərkəzinin direktoru Ruslan Əliyev Bakı Mühəndislik Universitetin müəllimidir.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Siyasi şərhçi

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…