Əsas məzmuna keç

"Ferrari" pilotu Bakıda qəza törətməsinin səbəbini açıqlayıb

"Ferrari" pilotu Bakıda qəza törətməsinin səbəbini açıqlayıb

"" Şarl "Formula 1" üzrə Qran-prisinin birinci yürüşündə qəza törətməsinin səbəbini açıqlayıb.

"Operativ Məlumat Mərkəzi-OMM" "Motorsport Week" nəşrinə istinadən xəbər verir ki, 26 yaşlı sürücü sağa dönməzdən əvvəl əyləcə çox bərk basdığını söyləyib: "Beləliklə, özümü yolun palçıqlı hissəsində tapdım. Sonra təkərləri bağlasam da, çox gec idi. Bu səbəbdən baryerə çırpıldım. Həftəsonu üçün yaxşı başlanğıc deyildi. Amma bolidə arxayın idim və heç bir ciddi problem yoxdur".

Lekler ikinci sərbəst yürüşdəki problemlərin qəzanın nəticələri ilə bağlı olmadığını vurğulayıb: "Sadəcə, avtomobilə quraşdırdığımız yeni hissədə problem yarandı. Bu, sükanda mənə çətinlik yaratdı".

Qeyd edək ki, "Formula 1"də bu gün üçüncü sərbəst yürüş və sıralama turu keçiriləcək.

OMM Bot · Bu gün ən çox oxunan 5 xəbəri göstərim?

Müəllif

Jurnalist

Bütün yazıları ›
Növbəti xəbər yüklənir…