Operativ Məlumat Mərkəzi

Feliks "Milan"a keçdi

1 dəq
Paylaş:
Feliks "Milan"a keçdi
bu barədə klubun mətbuat xidməti məlumat yayıb. “Rossoneri” futbolçunu mövsümün qalan hissəsi üçün heyətinə qatıb. Bu mövsüm Joao 20 matçda iştirak edib,...

Joao Feliks "Çelsi"ni tərk edib. Futbolçu İtaliya çempionatına keçib və burada icarə əsasında "Milan"da çıxış edəcək.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

“Rossoneri” futbolçunu mövsümün qalan hissəsi üçün heyətinə qatıb.

Bu mövsüm Joao 20 matçda iştirak edib, 7 qol vurub və 2 məhsuldar ötürmə edib.

Onun bazar dəyəri 30 milyon avrodur.

Bu xəbəri paylaş

Oxşar xəbərlər