Əsas məzmuna keç
Operativ Məlumat Mərkəzi

Fələstin İsrailin vergi gəlirləri ilə bağlı qərarına etiraz etdi

2 dəq
Paylaş:
Fələstin İsrailin vergi gəlirləri ilə bağlı qərarına etiraz etdi

Fələstin Milli Şurasının rəsmisi Ravhi Fettuh İsrail parlamentinin (Knesset) Fələstin adından toplanan vergi gəlirlərindən yeni edilməsini nəzərdə tutan qanun layihəsini ilkin oxunuşda təsdiqləməsini pisləyib.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, Ravhi Fettuh rəsmi "WAFA" agentliyində yayımlanan açıqlamasında bu addımı "sistemli " kimi qiymətləndirib.

Məlumata görə, Fələstin rəsmisi sözügedən vəsaitlərin İsrailin yardımı deyil, Fələstin xalqına məxsus olduğunu bildirib.

Bildirilib ki, 14 milyard şekelin tutulması və bu vəsaitin bir hissəsinin yəhudi məskənlərinin maliyyələşdirilməsinə yönəldilməsi hüququn və mövcud sazişlərin pozulması kimi qiymətləndirilib.

Qeyd olunub ki, Ravhi Fettuh İsrailin bu siyasətini Fələstin rəhbərliyini zəiflətməyə və milli iqtisadiyyata zərbə vurmağa yönəlmiş "maliyyə şantajı" və "kollektiv cəzalandırma" adlandırıb. O, BMT-ni və beynəlxalq maliyyə qurumlarını məsələyə müdaxilə etməyə çağırıb.

Məlumata əsasən, İsrailin "Haaretz" nəşri dondurulan vəsaitlərin Qəzzadakı hücumlardan zərər çəkən israillilərə təzminat ödənilməsi üçün istifadə olunmasının planlaşdırıldığını yazıb.

Qeyd edək ki, 1994-cü ildə imzalanmış Paris İqtisadi Protokoluna əsasən, İsrail Fələstin ərazilərinə daxil olan malların gömrük rüsumlarını toplayaraq aylıq şəkildə Fələstin Maliyyə Nazirliyinə köçürür. Bu vəsaitlər Fələstin hökumətinin büdcə gəlirlərinin təxminən 56 faizini təşkil edir. İsrail isə 2019-cu ildən etibarən həmin vəsaitlərdən müxtəlif səbəblərlə kəsintilər tətbiq edir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər

Eyni mövzuda

Daha çox: Digər

Hamısına bax