Əsas məzmuna keç

Fazil Mustafa hadisədən danışdı

Fazil Mustafa hadisədən danışdı

Deputat Fazil Mustafa sui-qəsd haqqında danışdı. Maşın qaraja daxil olarkən güllə atıldı.

Martın 28-i yaşadığı evin qarşısında sui-qəsdə uğrayan Milli Məclisin deputatı Mustafa hadisə barədə danışıb.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, millət vəkili bu barədə "haqqin.az" saytına açıqlama verib.

"Maşınla gəldim. Pultun düyməsini basdım və maşınımı qaraja daxil etmək istədim və birdən maşının ön şüşəsinin qırıldığını gördüm. Nə baş verdiyini başa düşmədim. Çiynimdə dəhşətli ağrı hiss etdim. Və yalnız ağrıdan sonra bunun atəş olduğunu başa düşdüm, atəş səslərini eşitdim. Qapını açıb maşından düşdüm. Darvazaya doğru bir neçə addım atmalı oldum ki, ikinci dəydi. Ayağımdan yaralandım. Evə getdim və dedim ki, tez qapını bağlayın. Evdəkilər atışma səsinə həyətə çıxdı. Qapını bağladıq. Təcili yardımı və polisi çağırdılar. Çox qan itirmişdim, sonrasını xatırlamıram".

Müəllif

Jurnalist

Bütün yazıları ›

Əlaqəli xəbərlər

Növbəti xəbər yüklənir…