Operativ Məlumat Mərkəzi

Faktiki hava açıqlandı

1 dəq
Paylaş:
Faktiki hava açıqlandı
Saat 10:00-a olan məlumata əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub. ETSN-in Milli Hidrometeorologiya Xidmətindən "Operativ...

Saat 10:00-a olan məlumata əsasən hava şəraiti bəzi şərq rayonlarında arabir yağıntılı olub.

ETSN-in Milli Hidrometeorologiya Xidmətindən "Operativ Məlumat Mərkəzi-OMM"-ə verilən məlumata görə, yağıntının miqdarı Lənkəranda 3, Biləsuvar, Cəlilabad, Astarada 1 mm-dək olub.

Sumqayıt, Culfa, Gəncə, Şəmkir, Şamaxı, Qobustan, Quba, Qusar, Xaltan, Tərtər, Yevlax, Göyçay, Sabirabad, Cəfərxan, Lerikdə duman müşahidə olunub. Dumanda görünüş 200-500 metrədək məhdudlaşıb.

Havanın minimal temperaturu Bakıda və Abşeron yarımadasında 7, Aran rayonlarında 8 dərəcəyədək isti, Naxçıvan MR və dağlıq rayonlarda 5, yüksək dağlıq ərazilərdə isə 13 dərəcəyədək şaxta qeydə alınıb.

Bu xəbəri paylaş

Oxşar xəbərlər