Operativ Məlumat Mərkəzi

Miqrasiya siyasətini sərtləşdirmək üçün plan təqdim ediləcək

2 dəq
Paylaş:
Miqrasiya siyasətini sərtləşdirmək üçün plan təqdim ediləcək
bununla bağlı "Euractiv" platformas məlumat yayıb.Dərc olunacaq sığınacaq və miqrasiya üzrə beş illik strategiya miqrantların geri qaytarılması üçün...

Avropa Komissiyası fevral ayında miqrasiya siyasətini sərtləşdirmək planını təqdim edəcək.

xəbər verir ki, bununla bağlı "Euractiv" platformas məlumat yayıb.

Dərc olunacaq sığınacaq və miqrasiya üzrə beş illik strategiya miqrantların geri qaytarılması üçün tədbirlərin gücləndirilməsini, sərhəd nəzarətinin sərtləşdirilməsini və Aİ sığınacaq agentliyinin mümkün yenidən nəzərdən keçirilməsini nəzərdə tutur.

Qeyd olunur ki, sənəddə altı prioritet müəyyən edilib: miqrasiya diplomatiyası, Aİ-nin sərhədlərinin gücləndirilməsi, ədalətli, davamlı və uyğunlaşa bilən miqrasiya və sığınacaq sistemi, miqrantların geri qaytarılması və yenidən qəbul edilməsi, qanuni yollar və əmək mobilliyi, eləcə də genişləndirilmiş əməliyyat dəstəyi ilə birlikdə maliyyə resurslarından strateji istifadə .

Aİ həmçinin institusional dəyişiklikləri də nəzərdən keçirir. Sənəddə qeyd olunur ki, Aİ Sığınacaq Agentliyinin təsis qaydalarına 2026-cı ildə düzəlişlər edilə bilər və bu da agentliyin rolunu genişləndirir.

Bu xəbəri paylaş

Oxşar xəbərlər