Operativ Məlumat Mərkəzi

Avropa Komissiyası Danimarka və Qrenlandiyanın ərazi bütövlüyünü tam dəstəkləyir

1 dəq
Paylaş:
Avropa Komissiyası Danimarka və Qrenlandiyanın ərazi bütövlüyünü tam dəstəkləyir

Avropa Komissiyası (AK) Danimarka və Qrenlandiyanın suverenliyi və ərazi bütövlüyünü tam dəstəklədiyini bəyan edib.

"Operativ Məlumat Mərkəzi-OMM" xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Avropa Komissiyasının mətbuat xidmətinin rəhbəri Paula Pinho Brüsseldə keçirilən brifinqdə açıqlama verib.

Qeyd edilib ki, Komissiya ABŞ-nin Qrenlandiya və Venesuela ilə bağlı addımları arasında paralellər aparmağı “qeyri-mümkün” hesab edir.

Onun sözlərinə görə, Qrenlandiya ABŞ-nin müttəfiqidir və bu məsələni Venesueladakı hadisələrlə müqayisə etmək üçün heç bir əsas yoxdur.

Pinho vurğulayıb ki, Avropa Komissiyası Danimarka və Qrenlandiyanın suverenliyini və ərazi bütövlüyünü tam şəkildə dəstəkləyir.

AK rəsmisi əlavə edib ki, Qrenlandiyanın statusu ilə bağlı qərarı yalnız adanın sakinləri verə bilər.

Bu xəbəri paylaş

Oxşar xəbərlər